Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 18 saylı binada təmir işləri aparılır. Bu haqda BakuPlus.az Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bu gün, 23 noyabr tarixində xəbər verir.
Binanın fasadında, dam örtüyündə və giriş pilləkənlərində əsaslı təmir işləri aparılır, binanın giriş qapısı və pəncərələri yeniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir.
Bundan əlavə, rayon ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.