Bakının Nəsimi rayonunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Rayonunun küçə və prospektlərində, parklarda mövcud ağaclar budanılıb, yaşıllıq zolaqlarına, ağaclara aqrotexniki qulluq göstərilib və səliqə-səhman işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun müxtəlif ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam edir.
Sözügedən işlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədardır.
[caption id="attachment_146469" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]