Paytaxtın Nəsimi rayonundakı Cavadxan küçəsi, 34 və 38 ünvanlarında abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Cavadxan küçəsi, 34 və 38 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb.
Ərazidə asfalt və tamet daşları vurulub, qazon salınıb, bordürlər qoyulub və digər üzlük işləri görülüb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Ərazidə söhbətgahlar, oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb.
Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
[URIS id=145317]