Paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 33 ünvanında sakinlərlə səyyar görüş keçirilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə həyətlərin abadlaşdırılması, dam örtüyü və kanalizasiya xəttinin təmiri, asfalt örtüyünün bərpası, avtomobillərin həyətdə parklanaraq maneə yaratması, quru vəziyyətdə olan ağacın götürülməsi haqda müzakirələr aparılıb.
Sakinlərin şikayət və təklifləri dinlənildikdən sonra qaldırılan məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
[URIS id=73505]