Bakının Nəsimi rayonu ərazisində pilləkən və səkilərdə əsaslı təmir işləri aparılıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Sakinlərin müraciətləri nəzərə alınaraq, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 ünvanında pilləkənlər, H.Seyidzadə küçəsi, 37 ünvanında mərkəzi yolda piyadaların sərbəst hərəkəti üçün təmirə ehtiyacı olan səkilər əsaslı təmir edilib.
Rayonda abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_74694" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətiinn rəsmi saytı[/caption]