Paytaxtın Nəsimi rayonunda iməcilik keçirilir. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən tədbirlər çərçivəsində prospekt və küçələrdə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan kürəbəndlər təmizlənib, parklar və yaşıllıqlarda abadlıq işləri aparılıb. Həmçinin məişət tullantılarının atıldığı konteyner meydançalarında sanitar işləri görülüb.
Hazırda rayonun müxtəlif ünvanlarında abadlıq, quruculuq işləri davam edir.
[URIS id=78771]