Bakıda ağacəkmə aksiyası keçirilib. Bu haqda BakuPlus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.
8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən aksiya silsilə tədbirlərin davamı olaraq baş tutub.
Tədbirdə RİH, hüquq-mühafizə orqanları, rayondan seçilmiş millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsinə ağaclar əkilmiş, mövcud ağaclar və yaşıllıqlara qulluq göstərilib.