Bakının Nəsimi rayonun bir neçə küçəsində yaşayış binaları təmir olunur. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Rayonun Mirzəağa Əliyev küçəsi, 244, Bülbül prospekti, 30, Azadlıq prospekti, 72, Səməd Vurğun küçəsi, 114 və 116 ünvanlarında yerləşən yaşayış binalarının fasadlarında təmir-bərpa işləri aparılır. Binaların eyvanları təmir edilir, yararsız vəziyyətdə olan elementlər bərpa olunur, fasadlar yeni görkəmə gətirilir.
COP29 tədbirinin çərçivəsində rayonun digər ünvanlarında da təmir-bərpa işləri aparılır.