Nigar Camala hücum edən şəxs barəsində qərar verilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Göygöl rayon sakini, 24 yaşlı Orxan Əliyev cərimələnib və 15 sutka müddətinə həbs olunub.
O.Əliyev məhkəmədə Nigar Camalın yol hərəkəti qaydalarını pozduğunu bildirib.
“Süleyman Rüstəm küçəsinə dönmək üçün sağ yola keçirdim. Bu zaman Nigar Camal siqnal verərək sağ zolağa keçməyimə mane oldu, o avtomobili öz yolu ilə sürərək mənə yol vermədi. Pəncərəni endirərək Nigar Camala yol verməməsi səbəbindən irad bildirdim. O isə məni nalayiq ifadələrlə təhqir etdi və telefonla videoçəkiliş aparmağa başladı. Məqsədim Nigarın çəkdiyi videogörüntünü sildirmək idi. Bu səbəbdən avtomobildən düşərək onun maşınına yaxınlaşdım”, - deyə “Bolt” sürücüsü kimi işləyən Orxan Əliyev qeyd edib.
Daha öncə bir nəfərin Nigar Camala hücum etməsi ilə bağlı məlumat verilmişdir.