Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində təmir-bərpa işləri yekunlaşır. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az məlumat verir.
Həmin ərazidə asfalt örtüyü dəyişilib, nişanlama xətləri yenilənib, səkilər təmir olunub, təzə bordürlər quraşdırılıb. Küçədə olan xiyabanda torpaq hamarlanır.
İşlərin yaxın tarixlərdə başa çatdırılması planlaşdırılır.