Bakının Yasamal rayonunda avtomobil yolunun çökmüş hissəsi təmir olunub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az məlumat verir.
Daha öncə, 26 yanvar tarixində Bakuplus.az həmin məsələni işıqlandırmışdır. Belə ki, Zivər bəy Əhmədbəyov küçəsində, “Nizami” metrostansiyasının yaxınlığında avtomobil yolunun bir hissəsi dağılmış və böyük çuxur yaranmışdır. Sürücülərin sözlərinə görə, gecə vaxtı bu yoldan istifadə etmək təhlükəli olurdu.
Bu yaxınlarda problem aradan qaldırılıb, yolun təhlükəli hissəsi təmir olunub.