Bakının Nizami rayonunda Tofiq Abbasov 38 ünvanında 28 iyul tarixində 3 saylı "ASAN kommunal" mərkəzi açılıb.
Mərkəzdə ümumilikdə 110 növ xidmət həyata keçiriləcək.
"ASAN kommunal"da əməkdaşların sayı 90, könüllülərin sayı isə 15 nəfər nəzərdə tutulub.
Mərkəz üçün ayrılmış inzibati ərazidə təmir və quraşdırılma işləri 2018-ci ilin avqust ayında başlayıb.
10 fevral 2017-ci ildə Bakı Dəmir Yolu Vağzalında 2 saylı “ASAN Kommunal” mərkəzinin açılışı olub.