Bakıda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə iməcilik keçirilir. İşlər Bakı Şəhər İcra Hakimiyyətinin təşəbüssü ilə həyata keçirilir. Bu haqda bu gün, 4 mart tarixində Report məlumat verir.
İməcilik paytaxtın bütün rayonlarını əhatə edir. Şəhərin kommunal xidmətləri tərəfindən təmizlik və yaşıllaşdırma işləri görülür.
İməciliyə canlı qüvvə ilə yanaşı, xüsusi texnika da cəlb olunub.