Bakının Səbail və Binəqədi rayonlarında qaz olmayacaq. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində ortatəzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması səbəbindən adıçəkilən ərazilərdə qazın verilişi dayandırılacaq.
Fasilə saat 10:00-dan etibarən yaranacaq.