“Formula 1” Azərbaycan Qran-prisinin hərəkət sxeminə aid olan və şəhərin mərkəzində yerləşən orta mətəblərdə dərslər onlayn formatda keçiriləcək. Bu haqda bu gün, 19 aprel tarixində Report məlumat verib.
24-30 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, məktəb rəhbərliyinə və valideynlərə müvafiq məlumat verilib.