Bakıda Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək. Bu haqda Report 24 iyun tarixində məlumat verir.
Bədən Tərbiyəsi və İdman üzrə nazirlərin, yüksək vəzifəli şəxslərin görüşü iyunun 26-da baş tutacaq. Tədbirdə 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-dək ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndənin iştirakı gözlənilir.
İyunun 29-da başa çatacaq konfransın yekununda UNESCO-nun “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.