Bakıda “Müəyyən bir mövzuda susmaq” adlı tamaşa keçiriləcək. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Salaam Cinema Baku-ya istinadən xəbər verir.
“60 dəqiqə ərzində zaldakı tamaşaçılar və səhnədəki sənətçilər susacaqlar. Bu heç bir şəkildə meditasiya deyil. Teatrda deyil, başqa yerlərdə meditasiya etmək lazımdır. Və biz söz verməyəcəyik ki, susmaq sayəsində hansısa xüsusi gizli mənalar üzə çıxacaq. Biz axmaq deyilik. Və fırıldaqçı da deyilik. 2023-cü ildə belə bir şeyə yenilik demək olmur. Bu, tam olaraq performansdır. Əyləncə tədbiri. Əhaliyə xidmət göstərmək. Biz həmin əhalini kəskin qıt əmtəə ilə təmin edirik - sükutla”, - deyə tamaşa haqda məlumat verilir.
Layihənin müəllifi Vsevolod Lisovskidir, layihə koordinatoru İskra Tarrant, aktrisa isə Sona Abdullayevadır.
Tədbir 9 mart saat 19:00-da Süleyman Rüstəm, 10 ünvanında baş tutacaq. Giriş sərbəstdir.