top
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
19 may 2025, 01:43
- ↺ +

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakuplus.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində tanınan Lamiyə Zəfərova və Xəyyam Bədirov ifadə verib. Onlar hadisə zamanı mərkəzdə olmadıqlarını və hadisənin şahidi olmadıqlarını bildiriblər.

Daha sonra şahid Əsmayə Məmmədova ifadə verib. O, məhkəməyə hadisə zamanı işdə növbədə olduğunu bildirib: “Mən həmin gün 2 otağa nəzarət edirdim. Gecə saat 3-də təzyiqim olduğu üçün 4-cü mərtəbəyə dərman içməyə qalxdım. Qışqırıq səsləri gəldi. Otağa girəndə yanğını gördüm. Yanğını söndürməyə çalışdıq. Yanğın yerdən küvəzə doğru qalxırdı. Yanğının böyüməməsi üçün özümüz söndürməyə çalışdıq. Sonra bir nəfər yanğınsöndürən balonu götürüb kömək etdi. Dörd uşağı mən çıxardım”.

Növbəti məhkəmə prosesi iyunun 13-də keçiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər