Polad Həşimovun əşyaları muzeydə nümayiş olunacaq. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Milli Azərbaycan Tarixi Muzeyinə istinadən xəbər verir.
Muzeydən verilən məlumata əsasən, şəhid Polad Həşimovun şəxsi əşyaları, o cümlədən hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları Tarix Muzeyinə təqdim edilib. Əşyaları onun həyat yoldaşı Ofelya Salmanova təqdim edib.
“Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək”, - deyə muzeydən bildirilib.
[caption id="attachment_106046" align="alignnone" width="640"]
MilliFoto Azərbaycan Tarixi Muzeyinin saytı[/caption]