Ali təhsilə qəbul imtahanında ən çox bal toplayanlar Bakıdandırlar. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Belə ki, 3-4 iyun tarixlərində keçirilən I və IV qrup üzrə imtahanlarda maksimal bal toplayan 2 nəfər olub. Bunlar Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin şagirdi Hüseyn Saud və Bakı şəhər 299 saylı orta məktəbin məzunu Emil Abdullayev olublar.
Onların hər ikisi 400 bal toplayıb.