Bakının Yasamal rayonu, Mətbuat prospektini çirkab suları basıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az məlumat verir.
Bildirilir ki, Qələbə dairəsinin yaxınlığında kanalizasiya borusu partlayıb. Nəticədə yol boyu, həmçinin avtobus dayanacağının qarşısında kanalizasiya suları daşıb.
Hadisə yerinə kommunal xidmətlərin əməkdaşları cəlb olunub.
[caption id="attachment_42988" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]