Bakı-Bişkək-Bakı aviareysləri üzrə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
15 iyul tarixindən etibarən başlayacaq reyslərə bilet satışı başlayıb. Təyyarələr həftədə 1 dəfə - şənbə günü uçuş həyata keçirəcək.
Biletləri AZAL-ın rəsmi www.azal.az saytından və ya aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.