“Qırmızı avtomobilin sahibi” Əminə Ərdoğanın qonağı olub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Ərdoğanın rəsmi hesabına istinadən xəbər verir.
Türkiyədə baş vermiş zəlzələdən zərər görənlərə yardım yollayan Sərvər Bəşirli və onun bir neçə yaxını Türkiyənin prezident sarayında iftar süfrəsinə dəvət olunublar. Onlar Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb, onunla şəkil çəkdiriblər.
Sərvər Bəşirli “Qırmızı avtomobilin sahibi” kimi sosial şəbəkələrdə gündəm olmuşdu. O, öz nəqliyyat vasitəsinə yardım yığaraq toplama məntəqəsinə aparan zaman görüntüsü yayılmışdı.