Sabah, iyunun 1-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçiriləcək. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az məlumat verir.
Festival zamanı uşaqlar müxtəlif xalq oyunlarının mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alaraq, həmin oyunlarda iştirak edə biləcəklər.
Festival zamanı “Beş daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” oyunları üzrə yarış da təşkil olunacaq.