Bakıda futbolçu Qara Qarayevlə görüş baş tutacaq. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az “Libraff”a istinadən xəbər verir.
Görüşdə Qara Qarayev peşəkar futbol karyerasından söhbət açacaq, sualları cavablandıracaq, futbolçuların həyatından bəhs edən "Maradona", "Ronaldo", "Ronaldinyo" kitablarını imzalayacaq. Sonda xatirə şəkli çəkdirmək mümkün olacaq.
Tədbir 14 may saat 18:00-da “Libraff” mağazalar şəbəkəsinin Park Akademiya filialında baş tutacaq. Giriş sərbəstdir.