Bakının Qaradağ rayonunda qazın verilişi dayandırılacaq. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
“Qaz İxrac” İdarəsinə məxsus, istismardan çıxarılmış “Nərimanov” ölçü qovşağının demontaj olunması ilə əlaqədar “Səngəçal” QPS-dən qidalanan “Səngəçal ümumi” ölçü qovşağından qazın verilişi məhdudlaşdırılacaq. Fasilə 05.08.2024 tarixində saat 10:00-dan işlər başa çatanadək davam edəcək.
Aparılan işlər zamanı rayonun Umbakı, Əzimkənd, Səngəçal qəsəbələri, Yol evləri və Bağ evləri massivlərinin bir hissəsində qaz olmayacaq.