“NUR Art House” qalereyasında Nazim Məmmədovun sərgisi təşkil olunacaq. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az “Artcouncil Azerbaijan”a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiynə həsr olunan sərgi “Heydər Əliyevin irsi” çərçivəsində keçiriləcək.
Nazim Məmmədov Azərbaycan animasiyasına böyük töhfə verib. O, ilk Azərbaycan multfilmlərinin müəllifi hesab olunur. Onun rəsmləri yerli və xarici publika üçün tanınmış sayılır. Sərgidə onun ən məşhur əsərləri nümayiş olunacaq.
Sərgi 11-16 iyul tarixləri hər gün saat 11:00-18:00 arası davam edəcək. Giriş sərbəstdir.