Sabunçu rayonunda sakinlər kanalı zibilləyirlər. Bu haqda 10 may tarixində Oxu.az məlumat verib.
Ramanı Südçülük sovxozu adlanan ərazidə acınacaqlı mənzərə müşahidə olunur. Burada su kanalı yerli sakinlər tərəfindən zibilliyə çevrilib. Nəticədə kanalın ətrafında yaşayanlar pis qoxudan əziyyət çəkirlər.
Məlum olub ki, iki həftədən bir kanal təmizlənsə də, ərazi yenə də sakinlər tərəfindən zibillənir.