Sabunçu rayonunda çirkab sular mərkəzi yolun yanından keçən su kanalına axıdılır. Bu haqda 28 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Ramana qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından, çirkab suları açıq sahəyə - su kanalına axıdılır. Sakinlər deyirlər ki, zibil tullantıları da həmin əraziyə atılır.
“Ərazidə kanalizasiya problemi çoxdan mövcuddur. Kənardan baxanda su kanalı bataqlıq kimi görünür. Kanalizasiya sularının toplandığı ərazi təkcə pis qoxu və xəstəlik mənbəyi deyil, həm də azyaşlılar üçün real təhlükədir”, - qəsəbə sakini bildirib.
Bundan əlavə kanalın ətrafı hasarlanmayıb. Bu hal isə sakinlər üçün təhlükə mənbəyinə çevrilir.
[caption id="attachment_31335" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]