top
Ramazandan sonra şadlıq saraylarında menyu qiymətləri bahalaşıb? – SORĞU
09 aprel 2025, 21:25
- ↺ +

Ramazandan sonra şadlıq saraylarında menyu qiymətləri bahalaşıb? – SORĞU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan ayı başa çatdıqdan sonra, aprelin ilk günlərindən toy bazarında canlanma müşahidə olunur. Ancaq bu canlanma qiymətlərdə özünü daha çox biruzə verir.

Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Bunu bəziləri Ramazan ayına görə sifarişlərin azlığı ilə əlaqələndirirlər.

Maraqlıdır, restoranlarda menyu qiymətləri həqiqətənmi bahalaşıb?

Bununla bağlı insanoid.com–un əməkdaşı restoranlar arasında sorğu keçirib.

Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, çalışdığı restoranda toy etmək üçün adambaşına minimum 50 manat ödəmək lazımdır:

“Bizim şadlıq sarayımızda menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərə görə dəyişir. Ramazan ayı bitən gün mərasimlər başladı. Müraciət edənlərin sayı artdı. Tələbat kifayət qədərdir. Menyunun adambaşına maksimum qiyməti isə 65-70 manat arası dəyişir. Bu qiymətin o qədər də yüksək olduğunu düşünmürəm”.

Digər bir şadlıq sarayından verilən məlumata görə, menyu qiymətlərində heç bir dəyişiklik yoxdur:

“Biz hər zaman insanların maddi vəziyyətini düşünürük. Onlara nəyin uyğun olub-olmaması bizim üçün önəmlidir. Amma bahalaşma səbəbindən biz də illər əvvəlki qiymətləri təqdim edə bilmərik. Məsələn, bir neçə il əvvəl menyuda adambaşına 25-30 manat qiymət qoyulmuşdusa, indiki standartlar və bahalaşma 55-60 manat qiyməti məcbur edir. Tələbat da pandemiyadan sonra xeyli azalıb. Onun da təsiri var. Toy bazarında sanki ümumi durğunluq var”.

Başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:

“Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq. Qiymət bizdə hər kəs kimi standartdır”.

O, toylara maksimum 100-150 nəfər çağırıldığını deyib:

“Bizdə qiymətlər 65 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil. Bununla yanaşı, indi camaat 100-150 nəfərlə toy edir. Bu da koronavirus pandemiyasına görə sərt karantin rejimindən qalma vərdişdir. İndi 200-300 nəfərlik toy edən yoxdur”.

Restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:

“Bu şadlıq sarayı açılandan minimum qiymət 70 manat üzərindədir. İllər boyu da bu şəkildə işləmişik”.

Şadlıq sarayı səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:

“Əsasən, həftəsonlarında müraciət edirlər. Həftəiçi daha azdır. Menyu qiymətləri münasibdir. 55-60 manatdan başlayır”.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Oxşar xəbərlər