Nərəkənd parkında ilk dəfə “Red Bull” Yağlı Dirək yarışı keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az “Red Bull Azərbaycan”a istinadən məlumat verir.
“Red Bull” Yağlı Dirək yarışı 22 iyul tarixində ölkədə birinci dəfə baş tutacaq. Bu yarışda iştirak edənlər dənizə doğru uzanan 10 metrlik yağlı dirəyin üstündə qaçaraq, dirəyin ucunda olan bayrağı götürməyə çalışacaqlar.
Bayrağı götürən qalib olaraq pul mükafatı qazanacaq.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/redbull-hd.mp4"][/video]