Bakı Ekspo Mərkəzində 11-15 noyabr tarixlərində Qafqaz regionunda ən böyük kitab sərgisi – 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Bu haqda bu gün, noyabrın 2-də Bakuplus.az məlumat verir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edərək görüş keçirəcəklər.
Bununla yanaşı, yarmarkada uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgiyə giriş sərbəstdir, iş qrafiki: 10:00-20:00.