İçərişəhərin divarlarına bitişik beton konstruksiyanın aqibəti necə olacaq? Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Belə ki, İçərişəhər qoruğunun divarlarının dəniz istiqamətində olan hissəsində betondan ibarət bitişik yarıtikili yerləşir. Bu da tarixi abidənin görünüşünü tamamilə pozur.
Məsələ ilə bağlı qoruğun mətbuat xidmətindən qeyd edilib ki, sözügedən yarıtikilinin sökülməsi planlaşdırılır. Bu “Qasımbəy” hamamının restavrasiya işləri çərçivəsində həyata keçiriləcək.