Bakının Şərq Bazarında aprelin 15-də 3000-dən artıq biznes nümayəndəsinin iştirakı ilə ölkədə ilk dəfə "Nabat Talks Biznes Forumu" keçiriləcək. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az məlumat verir.
Forumda şirkətlər öz xidmətləri barədə biznes ictimaiyyətini məlumatlandıra, sahibkarlar isə həmkarlarının uğur hekayələrini dinləyə, həmçinin gələcək əməkdaşlıq üçün yeni əlaqələr qura biləcəklər. Tədbirdə texnologiya, təhsil, turizm, bank işi, hüquq, logistika, tibb, FMCG və ictimai iaşə, texnologiya, marketinq, estetika və moda, daşınmaz əmlak və digər sahələrin nümayəndələri iştirak edəcəklər.
Forum 3 hissədən ibarət olacaq:
Forumun yarmarka hissəsi “Handicraft Baku” tərəfindən təşkil olunur. Yarmarkada iştirak etməklə iştirakçılar öz əl işlərini, yeməklərini, dizayner geyimlərini, rəsm əsərlərini təqdim edə bilərlər.