Paytaxtın Səbail rayonu, Puşkin küçəsi, 10 ünvanında bina qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sözügedən ərazidə yerləşən binanın eyvanlarını saxlayan dəmir dirəklər paslanmış və çürümüş vəziyyətdədir. Sakinlər eyvanların çökməsindən qorxurlar.
Onların sözlərinə görə, rəsmi qurumlara dəfələrlə müraciət edilsə də, vəsaitin olmadığı bildirilir.
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyəti bildirib ki, sözügedən binanın təmiri 2022-ci ilin planında var və yaxın zamanda binada təmir işlərinə başlanılacaq.