Sabunçu rayonunda yüzlərlə sakinin istifadə etdiyi yol yarasız vəziyyətdədir. Bu haqda 26 mart tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən xəbər verir.
Ramana qəsəbəsi Südçülük sovxozunda sakinlər və avtomobillər çətinliklə hərəkət edirlər. Onlar deyirlər ki, belə vəziyyət uzun müddətdir davam edir.
“Yağış yağan kimi yolları su basır, uşaqlarımız məktəbə gedib-gələ bilmir. Bələdiyyədən xahiş edirik ki, heç olmasa bura 1-2 maşın daş töksünlər ki, yollar keçiləsi olsun”, - sakinlərin biri bildirib.