Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aprelin 2-si Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Moris Ravelin “Bolero” baletləri səhnəyə qoyulacaq. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az məlumat verir.
"Xanım və Xuliqan" baletində solistlər Yuliya Ferştandt, Timur Oduşev, Faiq Qubatov və Nigar Əliyeva iştirak edəcəklər.
"Bolero" baletində isə rolları Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, Elmira Süleymanova. solistlər Seymur Qədiyev, Yuliya Ferştandt, Leyla Narimanidze, Dinara Şirinova, Dilarə Mehdiyeva, Səbinə Hacıdadaş, Edvard Arazov, Nurlan Mərdanov canlandıracaqlar.
Musiqi əsərləri dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq.
Biletləri teatrın və şəhərin kassalarından, həmçinin onlayn əldə etmək mümkündür.