Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində əsaslı təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Avtomobil yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 590 metr olan küçədə 11 min kv.m-dən çox sahəyə asfalt örtüyü və 300 p/metr uzunluğunda yeni səki daşları vurulub. Ərazidə parkinq yerləri təşkil edilib, yeraltı kommunikasiya xətləri yenilənib.
Cari il ərzində Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.
[URIS id=41158]