Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində sakinlər yolsuzluqdan narazıdırlar. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Sakinlərdən biri bildirir ki, yağış yağanda burada tərpənmək olmur, hər yer gölməçə olur. Onlar öz hesablarına bir az çınqıl töküb düzəltsələr də, yenə xeyri olmur. Qonşu küçə isə tam asfaltlanıb.
Məsələ ilə bağlı Azəravtoyol qeyd edib ki, hazırkı proqram çərçivəsində cari il ərzində 12 küçənin təmiri nəzərdə tutulub. Növbəti proqramlarda sözügedən küçələrin də təmiri aparılacaq.
Daha öncə, 17 mart tarixində sözügedən qəsəbədə 6 küçənin təmirinə başlanılması haqda xəbər verilmişdir.