Sabunçu Gənclər Evində “Zirvə” İntellektual oyunu keçiriləcək. Bu haqda 16 mart tarixində Bakuplus.az sabunchu.ge səhifəsinə istinadən xəbər verir.
“Zirvə” İntellektual Oyunu 18 mart saat 15:00-da keçiriləcək. Oyunda iştirak etmək üçün 17 marta kimi (012) 425 60 21 və ya +994 50 855 07 00 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır. Oyun həm fərdi qaydada, həm də komanda şəklində təşkil olunacaq.
Fərdi qaydada yarışda iştirak etmək istəyənlər öz ad, soyad, ata adı, doğum tarixi və əlaqə nömrələrini elektron poçt vasitəsilə zirve@sge.az ünvanına göndərə bilər.
Komanda şəklində iştirak etmək istəyən komandalar 6 nəfərdən (minimum 3 nəfər) ibarət komanda üzvlərinin hər birinin ad, soyad, ata adı, doğum tarixi, əlaqə nömrələrini və komanda adını (komandanın kapitanını və digər üzvləri qeyd etməklə) elektron poçt vasitəsilə zirve@sge.az ünvanına göndərə bilər.