Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində “Oğlan qalası” adlı tikili var. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az
AzTV-yə istinadən xəbər verir.
Digər adı “Yamin qalası” olan, arxitektur görünüşünə görə “Qız qalası”na oxşayan tikili ötən əsrin 50-ci illərində yerli sakin tərəfindən inşa edilib. Onun hündürlüyü təxminən 8 metr təşkil edir, daşlar palçıq ilə hörülüb.
Qalanın banisi Yamin Murtuza oğlunu şəxsən tanıyan Əkbərağa Sədyarov deyir ki, Bakının mərkəzində yerləşən “Qız qalası”nı görən Yamin ona bənzər bir qala inşa edəcəyinə qərar verdi. Beləliklə, öz əlləri ilə sözügedən tikilini inşa etdi.
Bu gün qala baxımsız və yarı-dağılmış vəziyyətdədir.