Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində baxımsız yollar sakinlərə çətinlik yaradır. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Yağıntılardan sonra ərazidə göl əmələ gəlir, daha sonra isə avtomobil yolları, məhlələr və qəbiristanlıq suya qərq olurlar.
“Yayda biraz çəkilir, 15-20 sm düşür aşağı. İndi bu suyun dərinliyi yox yerindən 50 sm olar”, - deyə sakinlərdən biri bildirir.
“Azərsu” ASC-dən bildiriblər ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur və yeni xətlərin çəkilməsi investisiya proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir.
Pirşağı qəsəbə nümayəndəliyindən isə dedilər ki, hazırda “Azərsu” ASC tərəfindən Pirşağıda tullantı su təmizləyici qurğusu inşa olunur. Proses təxminən bir ilə yekunlaşmalıdır. Bundan sonra, qəsəbə ərazisində yığılan qrunt suları qurğu vasitəsilə kənarlaşdırılacaq.