Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən adlanan ərazidə yaşayan sakinlərin şikayəti var. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Neft quyularının yanında tikilən evlərin yolları bərbad vəziyyətdədir. Taksilər və sərnişin avtobusları gəlməkdən imtina edir. Təcili Tibbi Yardım isə ləngiyir.
Ərazidə kanalizasiya sistemi də mövcud deyil. Sakinlər bildirir ki, onlar burada 20 il əvvəl məskunlaşıblar. Neft buruqlarının arasında tikilən evlər həm də təhlükə altındadır.
Rəsmi qurumlar məsələ ilə bağlı xəbərdar olduqlarını, mərhələli şəkildə kanalizasiya sisteminin quraşdırılacağını və yolların təmir olunacağını qeyd ediblər.