Paytaxtın Sabunçu rayonunda sakinlər üçün ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aksiya 26 may tarixində Sabunçu Gənclər Evində keçiriləcək. Vətəndaşların hər biri fərdi qaydada dinlənilərək müvafiq hüquqi məsləhət ala biləcəkdir.