Bakıda tarixi abidəni ictimai iaşə obyekti kimi istifadə edirlər. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Sunqulu hamamı XX-ci əsrin əvvəllərində inşa olunub. Bu gün tikilidə kafe fəaliyyət göstərir.
Bakı abadlıq xidmətinin əməkdaşı Emin Abdullayev məsələ ilə bağlı bildirib ki, tarixi abidələrin çoxusunda bərpa işləri aparılır və tamamlanmaq üzrədir. Sunqulu hamamında da bərpa işləri nəzərdə tutulub.
[caption id="attachment_34457" align="alignnone" width="800"]
Foto AzTV-nin rəsmi Youtube kanalı[/caption]