Paytaxtın Sabunçu rayonunda sursat aşkarlanıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-nin əməkdaşları ərazidən döyüş tətbiqinə yararlı 1 ədəd “RQD-5” əl qumbarası, 1 ədəd partladıcısı üzərində olan “UZRQM-2” adlı qumbara, 95 ədəd müxtəlif çaplı patron, 1 ədəd avtomat darağı və 1 ədəd döyüş bıçağı aşkarlayıblar.
Sursatlar ərazidən kənarlaşdırılıb. Ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli əşya aşkar edilməyib.