Sakinlər Heydər Əliyev prospektindəki piyada keçidindən şikayət edirlər. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, adıçəkilən prospektdə yerləşən yerüstü piyada keçidlərinin birində əlil və uşaq arabaları üçün şərait yaradılmayıb. Keçiddə pandus yoxdur, yuxarıya qalxan eskalatorlardan biri işləsə də, əks istiqamətdə hərəkət edən eskalator işləmir.
Bununla bağlı sakinlər öz narazılıqlarını bildirirlər.