Bakıda son bir həftə ərzində havaların isti keçməsi ilə bağlı günvurma halları artıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Space xəbər-ə istinadən məlumat verir.
Havanın temperaturu 41 dərəcədən çox olanda qanunla həm işləmək, həm də çimərliklərə getmək qadağandır. Buna baxmayaraq, insanlar hələ də təhlükəli vaxtlarda çimərliklərdə olurlar.
Ölkədə havaların isti keçməsinə görə paytaxtda günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb. Bu müraciətlər, əsasən, çimərliklərin müxtəlif yerlərindən daxil olub. Son 4 gün ərzində 17 nəfər günvurma diaqnozu ilə həkimə müraciət edib.
Tibb işçilərinin sözlərinə görə, əsasən, ürək-damar, tənəffüs sistemi, böyrək, sinir sistemi və bir sıra xəstəliklərdən əziyyət çəkənlər, eləcə də hamilə qadınlar və azyaşlı uşaqların günün altında qalmaları təhlükəlidir.
Buna baxmayaraq, sakinlər papaq qoymaq, belə yaş dəsmal atmaq, su içmək, suya girmək kimi bəhanələri dilə gətirərək günboyu çimərliklərdə olurlar.
BŞTTYS-nin böyük həkimi, Lamiyə Elişzadənin sözlərinə görə, yay mövsümü başlayandan 95 günvurma hadisəsi ilə əlaqədar müraciət daxil olub, 46 nəfər hospitalizasiya edilib. Digərlərinin halı yüngül olduğu üçün onlar yerində yardım alıblar. Günvurma bəzən ölümlə nəticələnə bilər.