Bakıda Salvador Dalinin orijinal əsərləri nümayiş olunacaq. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
XX əsrin ən məşhur rəssamlarından biri olan Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” adlı sərgi paytaxtımızda nümayiş olunacaq. Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərlərin sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri yer alacaq.
Tədbirin açılışı 26 aprel tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq. Sərgi 8 oktyabr tarixinə qədər davam edəcək.