“Sea Breeze”də daha bir bina tikiləcək. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Fed.az-a istinadən xəbər verir.
Belə ki, istirahət zonasının ərazisində 8 mərtəbəli yaşayış binasının inşasına dövlət qurumu tərəfindən icazə verilib. Bu, ümumi sahəsi 13.365,86 kv.m və 112 mənzildən ibarət bina olmalıdır.
“Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.